Küveyt aeroportuna PUA hücumu olub | VİDEO

Küveyt aeroportuna PUA hücumu olub    | VİDEO
  25 Mart 2026    Oxunub:1881
Küveytin Beynəlxalq Hava Limanına dronların hücumu nəticəsində yanacaq çənində yanğın baş verib.
AzVision.az xəbər verir ki, Küveytin Mülki Aviasiya İdarəsinin (DGCA) mətbuat xidməti bu barədə məlumat yayıb.

“Hadisə zamanı heç kim xəsarət almayıb, hücum nəticəsində yalnız maddi ziyan dəyib. Təcili xidmətlər yanğına dərhal müdaxilə edib”, - məlumatda bildirilir.

Daha əvvəl DGCA Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) İranın “ciddi pozuntuları və hücumları” barədə şikayət etmişdi. Agentlik vurğulayıb ki, bu hərəkətlər ölkənin hava məkanı üzərindəki suverenliyinə və Küveyt Beynəlxalq Hava Limanının infrastrukturuna toxunur.

Ötən həftə İranın Küveytə dron hücumu nəticəsində iki neft emalı zavodunda - Mina Əl-Əhmədi və Mina Abdallah müəssisələrində yanğınlar baş verib.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Küveyt   aeroport   hücum  



Xəbər lenti